<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Allah hikmətini kaş biləydin sən,
 Saf məhəbbətini kaş biləydin sən.
 Ah, kaş sən biləydin ki, İsa Rəbdir!
 O, Qadir Allahdır, O, Xilaskardır!
 Kaş sən tanıyaydın İsa Məsihi!

[V2]
 Kaş sən biləydin ki, taxta çarmıxda
 Sənin günahınçün tökmüş qanını.
 Kaş səni lə'nətdən, ölüm torundan
 Azad etdiyini tez biləydin Sən.
 Ah, kaş sən biləydin ki, İsa Rəbdir!

[V3]
 Sən onda qalmazdın bu qaranlıqda,
 Sən onda çəkməzdin bu əzabları,
 Şikayət etməzdin sən taleyindən.
 Kaş sənin gözlərin tez açılaydı,
 Kaş sən tanıyaydın İsa Məsihi!

[V4]
 Səni sevdiyini kaş biləydin sən,
 Sənə dözdüyünü kaş biləydin sən.
 Sən onda tapardın rahatlığını,
 Sən Onda tapardın xeyir - duanı,
 Kaş sən tanıyaydın Rəbb Allahını!</lyrics>
<title>Allah hikmətini kaş biləydin sən İL289</title>
<hymn_number>289</hymn_number>
</song>